“Arif Əliyevin arxasında hansısa qüvvələrin dayandığını təxmin etmək olar” AÇIQLAMA
"Arif Əliyev adlı şəxsin, Azərbaycan mətbuatına qarşı qara yaxma həyata keçirib, şər və böhtan səsləndirməsi və bu cür qeyri-etik şər böhtanlarının arxasında kimlərinsə sifarişini yerinə yetirdiyini düşünmək olar". Bunu SİA-ya açıqlamasında “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov deyib.
Onun sözlərinə görə, yəni öz başına hərəkət etmirlər, kiminsə sifarişini yerinə yetirirlər. A.Əliyev və onun kimilərdə qısqanclıq, oyundan kənarda qalma hissi var və bu da onları vəziyyətdən çıxmağa sövq edir: "Ancaq hər halda hardansa maliyyələşmə ola bilər. Yəni onlar layihələr həyata keçirilər, xaricdən də qrantlarda alırlar. A.Əliyevin arxasında hansısa qüvvələrin dayandığını təxmin etmək olar. İnsanın iddia etdiyi və yaxuda hansı imkanları bu gerçəklik payı deyil ki, onu əldə edəsən. Zəhmətinlə, əməyinlə arzu etdiklərini reallaşdırmaq və cəmiyyətdə rəğbət qazanmaq olar. Hər kəs müxtəlif iddialarda ola bilər. Ancaq bu iddiadır da yəni iddiadan başqa bir şey deyil. A.Əliyevində iddiaları lüzumsuz və əl çatmaz iddialardır. Heç cəmiyyətin onun iddialarından xəbəri də yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB