Spiker: "2019-cu ilin büdcə zərfi müşahidə olunan dinamik göstəriciləri əks etdirir"
“Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyası ölkəmizdə iqtisadi inkişafın prioritetlərini və məqsədlərini əlde etməyə imkan verib. 2018-ci ilin 9 ayı ərzində ölkəmizdə bütün makro iqtisadi göstəricilərdə artım olub”. bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, bu dövr ərzində valyuta ehtiyatlarımızı 3 milyard ABŞ dolları artaraq 45 milyar dollara çatıb: “Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir. 2019-cu ilin büdcə zərfi ölkə həyatında müşahidə olunan dinamik göstəriciləri əks etdirir. 2019-ci ilin dövlət büdcəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasənda xərclənməsidir. Büdcə xərclərinin 42 faizi bu proqramlar sayəsində xərclənəcək. Bu da 2018-ci illə müqayisədə 2 milyard 77 milyon artıqdır”.
Spiker söyləyib ki, 2019-cu ilin büdcəsi sosial yönümlülüyünü qoruyub saxlayacaq: “Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Diqqəti çəkən məqamlardan biri əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. Növbəti ildə Səhiyyə sahəsinə yönəldiləcək vəsait bu ilin müvafiq dövründən 309 milyon manat, 32 faiz çoxdur. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə olaraq 223 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bütün bunlar göstərir ki, əhslinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir”.
O.Əsədov qeyd edib ki, 2019-cu ildə təhsil xərcləri 2018-ci illə müqayisədə 11 faiz artaraq və 2 milyar 275 milyona çatacaq. Büdcə zərfi mükəmməl tərtib olunub. Sənədlərdən görünür ki, 2019-cu ildə iqtisadi artım davam edəcək. Növbəti ildə ÜDM-nin artımı 3.6 faiz səviyyəsində proqnozlaşdırılır. Aparılan islahatlar göstərir ki, kölgə iqtisadiyyatının qarşısınının alınması ilə bağlı işlər həyata keçirilsə, bu rəqəm real ola bilər”.
“2019-cu ildə makro iqtisadi proqnozlar yüksək səviyyədə hazırlanıb. 2019-cu ildə vergi sistemində köklü dəyişikliklər nəzərdə tutulub. Vergi Məcəlləsində və digər qanunlarda prinsipal dəyişikliklər gözlənilir. Bu öz nəticəsini verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB