Pakistan ərazisindəki hərbi əməliyyatların artırılması planlaşdırılır

Pakistan ərazisindəki hərbi əməliyyatların artırılması planlaşdırılır

ABŞ-ın Əfqanıstandakı xüsusi təyinatlıları Pakistan ərazisindəki əməliyyatları artırmağı planlaşdırır. SİA-nın məlumatına görə, bu barədə xəbəri "New York Times" qəzeti yayıb. Lakin Əfqanıstandakı NATO qüvvələrinin yüksək səviyyəli rəsmilərindən biri xəbəri təkzib edib.

NATO rəsmisi alyans qüvvələrinin Əfqanıstan hərbi birlikləri ilə bərabər "Taliban" terrorçularına qarşı mübarizədə Pakistan ordusu ilə güclü əməkdaşlıq etdiyini deyib. O, bu çərçivədə Əfqanıstan və Pakistanın suverenliyinə hörmət etdiklərini vurğulayıb

Bütün xəbərlər Facebook səhifəmizdə