Moskvadakı Keldış adına tətbiqi riyaziyyat institutunun astronomu Leonid Yelenin bildirib ki, Rusiya alimlərinin son 20 ildə kəşf etdikləri ilk kometa 2011-ci ilin oktyabrında Yer kürəsinə minimal məsafəyə yaxınlaşacaq, sonra isə min illik müddətə Günəş sisteminin uzaq hüdudlarına istiqamət götürəcəkdir.
SİA-nın xəbərinə görə, Leonid Yelenin deyib ki, 2011-ci ilin oktyabr ayının əvvəllərində kometa Yer kürəsinə təqribən 0,4 astronomik vahid və yaxud 59,8 milyon kilometr yaxınlaşacaqdır: "Onu adi gözlə görmək mümkün olacaqdır. Həmin kometa Yer kürəsi üçün təhlükə törətməyəcək və planetimizdən kifayət qədər uzaq məsafədən keçəcəkdir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB