Nensi Pelosi saxta iddialarla bağlı 252 saylı qətnaməni müzakirəyə çıxarmaq istəyir

Nensi Pelosi saxta iddialarla bağlı 252 saylı qətnaməni müzakirəyə çıxarmaq istəyir

ABŞ-da 1915-ci il olayları ilə bağlı saxta erməni iddialarını dəstəkləyən qanun layihəsi ilə bağlı kritik gün gəldi. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Nümayəndələr Palatasının sədri, gələn ay vəzifə müddəti başa çatan Demokrat partiyasının üzvü Nensi Pelosi saxta iddialarla bağlı 252 saylı qətnaməni müzakirəyə çıxarmaq istəyir.

ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli bu haqda keçirdiyi mətbuat konfransında hökumətin buna qarşı olduğunu, müxalif mövqeyini açıq şəkildə ortaya qoyduğunu bildirib. Krouli bu barədə Nümayəndələr Palatası ilə də danışıqlar apardıqlarını söyləyib.

Türkiyənin Vaşinqtondakı səfiri Namiq Tan da Nümayəndələr Palatasının bu gün saat 17:00-da toplandığını bildirib. Baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlunun bu məsələ ilə bağlı Türkiyənin narahatlıqlarını həmkarlarına da çatdırdıqlarını vurğulayan Tan qətnamənin qarşısının alınması istiqamətində işlərinin hər səviyyədə davam etdiyini söyləyib.

Amerikadakı türk təşkilatları da qətnamənin gündəliyə çıxarılmasına mane olmağa çalışır. Konqres üzvləri ilə görüşlər keçirən türk quruluşları Türkiyə və türk dostlarının konqresmenləri iki ölkə arasındakı münasibətləri pozmamağa çağırmasını istəyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə