"Moskva müsəlman ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verir"

"Moskva müsəlman ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verir"

“Moskva müsəlman dünyası ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verir”. SİA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Rusiya Federasiyası müsəlman ölkələri ilə ikitərəfli əsasda və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələr çərçivəsində dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. Qlobal və regional gündəmdə bir çox aktual məsələlər üzrə mövqelərimiz çox yaxındır. Biz qanunun aliliyinə əsaslanan ədalətli demokratik dünya düzəldilməsini və ayrı-seçkilik, qüvvə, diktator, iqtisadi və informasiya təzyiqindən azad olmaq üçün bir yerdə mübarizə aparırıq",- deyə dövlət başçısı söyləyib.

Putin qeyd edib ki, Rusiya ilə İslam dövlətləri arasında konstruktiv iqtisadi, elmi, texniki və humanitar əməkdaşlıq, eləcə də yerli münaqişələrin və böhranlı vəziyyətlərin həlli üçün tərəfdaşlıq qurulub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə