İsrail hədəfə alınıb 370 RAKET

Fələstinli radikallar bazar ertəsinin axşamından başlayaraq, Qəzza sektorundan İsrailə tərəf 370 raket atıblar, onlardan 100-ü “Dəmir günbəz” havadan müdafiə sistemi vasitəsilə məhv edilib. SİA xəbər verir ki, bu barədə İsrailin müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qəzza sektorundakı terror təşkilatları tərəfindən İsrail vətəndaşlarına qarşı başladılan geniş miqyaslı hücumlar nəticəsində 370 raketin atıldığı qeydə alınıb, onlardan 100-ü “Dəmir günbəz” havadan müdafiə sistemi vasitəsi ilə məhv edilib”, deyə israilli hərbçilərin bəyanatında bildirilir. Ordu nümayəndəliyindən onu da bildiriblər ki, yəhudi dövlətinə qarşı son yeddi saatda ən azı 70 raket buraxılıb.

"Haartez" qəzeti isə yazır ki, raket zərbələri nəticəsində bir nəfər ölüb. İsrailin səhiyyə işçiləri isə yalnız 53 nəfərin yaralandığı barədə xəbər veriblər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə