David Tonoyan: “Düşənbədə əldə edilmiş razılıq icra olunmaqdadır” OPERATİV RABİTƏ

David Tonoyan: “Düşənbədə əldə edilmiş razılıq icra olunmaqdadır” OPERATİV RABİTƏ

Ermənistanla Azərbaycan arasında operativ rabitə üçün xüsusi vəzifəli şəxslər nəzərdə tutulub ki, məhz onların vasitəsi ilə həmin rabitə saxlanılır. SİA aysor.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən David Tonoyan deyib. Onun sözlərinə görə, həmin şəxslər məlumatları həm Ermənistanın, həm də Azərbaycanın silahlı qüvvələrindən alırlar: “Rabitə mütəmadi olaraq işlək vəziyyətdədir, Düşənbədə əldə edilmiş razılıq icra olunmaqdadır”.

Aysor.am-ın müxbirinin sözügedən operativ rabitəyə Dağlıq Qarabağdakı qondarma qurumun “hərbi birləşmələr komandanlığının” da qatılıb-qatılmaması sualını da cavablandıran Tonoyan dolayısı ilə həmin rabitənin olmadığını deyib, lakin insidentlərin qarşısının alınması üçün bu məsələnin ATƏT-in Minsk Qrupu qarşısında qaldırıldığını bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə