Maliki hökumət kabinetinin tərkibini parlamentə təqdim edib

Maliki hökumət kabinetinin tərkibini parlamentə təqdim edib

İraqda baş nazir Nuri Əl Maliki hökumət kabinetinin tərkibini parlamentə təqdim edib. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, 42 nazirdən ibarət kabinetdə hökumətə iki nazirlik verilib.

Maliki hökumət kabinetində yer alacaq 42 nəfərin adı ilə hökumətin fəaliyyət proqramını parlament sədri Üsamə Əl Nucefiyə təslim edib. Görüşdən sonra keçirilən mətbuat konfransında parlament sədri yeni hökumət üçün etimad səsverməsi keçiriləcəyini bildirib.

Bu günə qədər çox sıxıntılı və sancılı mərhələlərdən keçdiklərini deyən Maliki isə anlaşma əldə edilənə qədər təhlükəsizlik nazirliklərinə özünün rəhbərlik edəcəyini söyləyib.

Yeni kabinetdə şiə ittifaqının 18, İraqiyyə ittifaqının 11, kürdlərin 8, Əl Avsat koalisiyasının 1 və xristianların 1 nazirliyi var. Türkmənlərə isə şiə ittifaqından gənclik və idman nazirliyi verilib. İraqiyyə koalisiyasından da türkmənlərə bir dövlət nazirliyinin veriləcəyi bildirilib

Bütün xəbərlər Facebook səhifəmizdə