Məhəmməd Məscidində aparılmış muzey-konservasiya işlərinin yekunlarına həsr olunmuş seminar keçiriləcək

Məhəmməd Məscidində aparılmış muzey-konservasiya işlərinin yekunlarına həsr olunmuş seminar keçiriləcək

24 dekabr 2010-cu il tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd Məscidində aparılmış muzey-konservasiya işlərinin başa çatmasına həsr olunmuş elmi-praktiki seminar keçiriləcəkdir.

İdarədən SİA-ya verilən xəbərə görə, seminarda mütəxəssislər görülmüş muzey-konservasiya işləri barədə ətraflı danışacaq, bu təcrübənin öyrənilməsi və gələcəkdə İçəri Şəhərdə tədbiq edilməsinə dair müzakirələr aparılacaqdır.

Qeyd edək ki, muzey-konservasiya işlərinə Almaniyanın "Remmers" və Avstriyanın "Atelier Erich Pummer" şirkətləri tərəfindən bu ilin mart ayından etibarən başlanılıb. Bir neçə mərhələni özündə ehtiva edən mürəkkəb texnoloji prosesinin gedişində təqribən 500 m²-lik səth örtüyü xüsusi avadanlıq və materiallarla bərpa edildikdən sonra konservasiya olunub. Bərpa zamanı vakuum yolu ilə bərkidilmə üsulundan istifadə edilmişdir ki, bunun nəticəsində havasızlıq şəraitində daşlar bərkidilmiş, beləliklə abidənin tarixiliyinə və mövcud quruluşuna zərər yetirilməyib.

Bu cür muzey-konservasiya işləri Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir və dünya standartlarına cavab verir.

Bütün xəbərlər Facebook səhifəmizdə