Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri SAM-da olub
Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) rəhbəri Süleyman Şənsoy Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyevlə görüşüb. SAM-dan SİA-ya verilən məlumata görə, söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilərək bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Görüş zamanı regional və beynəlxalq məsələlər, eləcə də qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB