Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən regional təlimlər keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Gəncə, Mingəçevir və Şəki şəhərlərində məhkəmə orqanlarının dövlət qulluğu və kadr məsələləri ilə məşğul olan 37 nəfər əməkdaşı üçün regional təlimlər keçirilib.
SİA-nın xəbərinə görə, təlim zamanı Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Fuad Mayılov və Hüquq sektorunun aparıcı məsləhətçisi Elvin Əliyev "Dövlət qulluğuna qəbul qaydaları", "Müsahibələrin aparılması qaydaları", "Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydaları" və "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzularında təqdimatla çıxış etmiş və mövzular ətrafında təlim iştirakçılarının suallarını cavablandırıblar.
Təlimlərin digər regionlarda da davam etdirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB