“Arif Əliyev milyonlarla vəsaiti mənimsəyən adamlardan biri olub" ÖZƏL-RƏY
“Arif Əliyev hər zaman xaricdən Azərbaycana axan milyonlarla dolları mənimsəyən adamlardan biri kimi tanıyıram. Özü də bu pulları əsasən “Soros” fondu vasitəsi ilə ölkəyə göndərilirdi. O fond ki, hər zaman dövlətlərə iğtişaş, inqilab yayıb”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, xalqları bu cür inqilablarla on illərlə geriyə atıb: “Ölkənin sabitliyinin pozulmasında əsas maliyyə rolunu oynayıb. Mətbuata yardım adı ilə həmin ölkələrdə öz əlaltılarına yüz minlərlə vəsait göndəriblər. Həmin fondunun Azərbaycanda əlaltılarından biri də Arif Əliyev olub. Arif Əliyev guya bu pullarla Azərbaycanda mətbuatın inkişafına dəstək olubdur. Milyonlarla vəsaiti mənimsədilər, öz şəxsi vəsaitləri kimi bölüşdürdülər. Bu gün bir mətbuat orqanı göstərə bilmərsiniz ki, həmin vəsait hesabına yaşayır. Mətbuatın inkişafına tövsiyyə versin. On ildən artıq Qərb donorların Azərbaycana göndərdiyi küllü miqdarda vəsaiti şəxsi mal kimi bir neçə adamın arasında böldüşdürdülər. Və bir mətbəə, bir qəzet, yayım firması qurmadılar ki, bu da Azərbaycanda kütləvi informası vasitəsinin inkişafına tövsiyyə versin. Bu adamların əsl kimliyini artıq həmin donorlar da, Azərbaycan cəmiyyəti də bilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB