Gəncədə satışda olan Yeni il hədiyyələrinin əksəriyyətinin mənşəyi məlum deyil

Gəncədə satışda olan Yeni il hədiyyələrinin əksəriyyətinin mənşəyi məlum deyil

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Gəncədə reyd keçirib. Sözügedən qurumun rəis müavini Qasım Hüseynovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, monitorinqlər zamanı uşaqlar üçün satılan Yeni il hədiyyələrinin standartın norma və tələblərinə cavab verib-vermədiyinə diqqət yetirilib.

Məlum olub ki, Gəncədə satılan Yeni il hədiyyələrinin içərisindəki şirniyyatların əksəriyyətinin mənşəyi məlum deyil. Məhsulların harada istehsal olunduğu göstərilməyib. Bundan əlavə, satılan məhsulların qablaşdırılması da düzgün aparılmır.

"Bəzi məhsullarda qablaşdırılmanın norma və tələblərə uyğun aparılmadığı üzə çıxıb. Kimyəvi məhsulların yanında yeyinti məhsulları yığılıb. Bu isə yolverilməzdir",- deyə Q.Hüseynov əlavə edib

Bütün xəbərlər Facebook səhifəmizdə