Rasim Musabəyov: “Uydurma erməni soyqırımının ABŞ Konqresində yenidən gündəmə gəlməsi təzyiq mexanizmidir” - MÜNASİBƏT

Rasim Musabəyov: “Uydurma erməni soyqırımının ABŞ Konqresində yenidən gündəmə gəlməsi təzyiq mexanizmidir” - MÜNASİBƏT
Uydurma erməni soyqırımının ABŞ Konqresində yenidən gündəmə gəlməsi təzyiq mexanizmidir. Bu sözləri politoloq, millət vəkili Rasim Musabəyov SİA-ya açıqlamasında deyib. O bildirib ki, uydurma erməni soyqırımının yenidən gündəmə gəlməsinin əsas amillərindən biri son zamanlar Tükiyənin özünü müstəqil aparmağa başlamasıdır: "Türkiyənin özünü belə aparması təbii ki, ABŞ-da bir çox qüvvələrə xoş gəlmir. Çünkli onlar Türkiyəni istədikləri kimi yönəltməyə öyrəniblər. Türkiyənin hərəkəti həmin qüvvələri narazı saldığı üçün onlar uydurma soyqırımı onlara qarşı təzyiq mexanizmi kimi istifadə etmək niyyətindədirlər", - deyə millət vəkili vurğulayıb.

O qeyd edib ki, soyqırımın gündəmə gəlməsinin digər bir səbəbi son zamanlar İsraillə Türkiyə arasında olan münasibətlərin soyuqlaşmasıdır.

"Digər bir tərəfdən bildiyiniz kimi konqresmenlərin vaxti bitir. Orada demokratların sayı çox olmaqla yanaşı həm də ermənipərəst spiker var. Ermənilər həm bundan, həm Türkiyəyə qarşı olan yəhudi lobbisinin narazılığından, həm də bir çox konqresmenlərin seçilməməsindən istifadə edərək tez-bazar "soyqırımı" ilə bağlı məsələni gündəliyə gətirəməyə çalışırlar. Söhbət onun qəbul olunmasından getmir. Əsas məsələ onun ümumiyyətlə gündəliyə gəlməsidir ki, erməni lobbisi geri çəkilmək əvəzinə ABŞ administrasiyasından nə isə qoparmaq istəyir. Amma bütün bunlara baxmayaraq düşünmürəm ki, ermənilər bu yollara əl atmaqla Türkiyəni nəyəsə məcbur edə biləcəklər", - deyə politoloq əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə