İqbal Ağazadə: “Birinci mərhələdə qeydə alınan bütün siyasi partiyalar maliyyələşməlidir” - TƏKLİF

İqbal Ağazadə: “Birinci mərhələdə qeydə alınan bütün siyasi partiyalar maliyyələşməlidir” - TƏKLİF

Bu gün Milli Məclisin deputatı Siyavuş Novruzov jurnalistlərə açıqlamasında bildirib ki, mövcud şərait siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsinə zəruri edib. Qanunla bağlı partiyalar arasında əsas mübahisə doğuran məqam isə partiyaların hansı qaydada və hansı partiyaların maliyyələşməsi məsələsidir. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə hesab edir ki, partiyaların 3 mərhələli maliyyələşməsinin tərəfdarıdır. SİA-ya açıqlamasında millət vəkili qeyd edib ki, birinci mərhələdə qeydə alınan bütün siyasi partiyaların maliyyələşməsinin tərəfdarıdır.

 

İ.Ağazadənin fikrincə, ikinci nərhələdə seçkilərdə iştirak edən və müəyyən qədər səs toplayan, üçüncü mərhələdə isə parlamentdə təmsil olunan partiyalar maliyyələşməlidir. Millət vəkili vurğulayıb ki, seçkilərin demokratik keçirilməsi şübhə altına alınmayan xarici ölkələrdə parlamentdə təmsil olunan partiyaların maliyyələşməsi hamı tərəfindən qəbul edilir: "Hesab edirəm ki, seçkilərin nəticələri bütün siyasi qüvvələr tərəfindən qəbul edilirsə, bu zaman ancaq parlamentdə mandat qazanan partiyaların dövlət büdcəsindən maliyyələşməsində elə bir problem yaranmır. Seçkilərin iştirakçısı olan partiyalar, həmçinin beynəlxalq təşkilatlar qeyri-standart seçki ifadəsi işlədirsə, təbii ki, bu zaman birmənalı olmayan mövqe formalaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə