"Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında» müqavilənin təsdiq edilib
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında" müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın verdiyi xəbərə görə, qanun layihəsi barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. O deyib ki, müqavilə dövlət sərhədlərini müəyyən edir və onun imzalanması zəruridir. Bu uzun müddət sərhədlərin delimitasiyası ilə bağlı görülən işlərin nəticəsidir.
Qanun layihəsinin müzakirəsi ilə əlaqədar münasibət bildirən millət vəkili Elmira Axundova isə diqqəti Rusiyada baş verən iğtişaşlara yönəldib. O məsələnin nizamlanması üçün lazım olarsa, Milli Məclisdən Rusiyaya heyət göndərilməsini təklif edib.
Daha sonra çıxış edən parlamentin spikeri Oqtay Əsədov isə Rusiyada baş verənlərin bu ölkənin daxili iş olduğunu və problemin həlli istiqamətində rəsmi Moskvanın işlər gördüyünü qeyd edib. Onun sözlərinə görə, iğtişaşlarda erməni əsilli bir insan həm qafqazlılar, həm də ruslar tərəfindən şüarlar səsləndirib.
Sənədə münasibət bildirən millıət vəkili Zahid Oruc isə müqaviləni tarixi sənəd adlandırıb.
Müzakirələrdən sonra "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında" müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib.
İclasda həmçinin "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişi də təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB