Yeni ildə Gəncədə 49 metr uzunluğunda tort kəsiləcək

Yeni ildə Gəncədə 49 metr uzunluğunda tort kəsiləcək

Yen il münasibəti ilə Gəncə şəhərinin sakinlərinə tort hədiyyə olunacaq. Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovanın SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, artıq şirniyyatın bişirilməsinə başlanılıb və dekabrın 24-ü sakinlərə təqdim olunacaq.

Bundan əlavə artıq bayramla bağlı tədbirlər planı da hazırdır. İlin son gecəsi şəhərin mərkəzi meydanında bayram konserti təşkil olunacaq. Bir sıra silsilə tədbirlər həyata keçiriləcək. Eyni zamanda bayram günlərində balacalar üçün Gəncə Dövlət Kukla və Dram teatrlarında yeni il tamaşaları göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə