Milli Məclis “Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq edib
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması haqqında" Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın verdiyi xəbərə görə, Qanun layihəsi barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
O bildirib ki, Şuranın tərkibində birgə energetika komissiyasının, təhsil komissiyasının, Vətəndaş Cəmiyyəti Forumunun təsis edilməsi, vaxtaşırı ayrı-ayrı sahələr üzrə müvafiq qurumların nümayəndələrinin görüşlərinin təşkili nəzərdə tutulur. Bəyannamədə hərbi və təhlükəsizlik məsələlərlə əlaqədar təşkilatlar arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ifadə olunub. Şuraya hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa dair məlumatlar və təkliflər müvafiq nazirliklər tərəfindən təqdim olunacaq.
Sonda sənəd səsə qoyularaq 93 lehinə, 1 nəfər bitərəf olmaqla qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB