“Siyasi mühacir” biznesinin Almaniya fəsadları FOTOFAKT

“Siyasi mühacir” biznesinin Almaniya fəsadları FOTOFAKT

Yaxud, baş verənlər AXCP və Müsavat rəhbərliyinin üzərindədir

Noyabrın 3-də Almaniyanın Hamburq şəhərində azərbaycanlılar arasında baş vermiş qətl hadisəsinin ardınca, bir sıra müəmmalar ortaya çıxamqdadır. Qeyd edək ki, artıq belə bir məlumatlar üzə çıxmağa başlayıb ki, öz maşınında güllələnərək öldürülən və bu cinayəti törədən şəxslər bu Avropa ölkəsinə məhz “siyasi mühacir” adı altında keçiblər. Daha dəqiq desək, illərdir ki, AXCP və Müsavat partiyalarının rəhbərlikləri bu və ya digər şəkildə onlara müraciət edən şəxslərə saxta arayışlar təqdim edərək, guya Azərbaycanda siyasi fəaliyyətlərinə görə təqib olunduqları yalanına imza atır, bunun müqabilində “siyasi mühacir” bizneslərini necə deyərlər, inkişaf etdirirlər.

Hamburqda baş verən məlum hadisə də belə deməyə zəmin yaradır ki, hadisəni törədənlər ya Əli Kərimlinin, ya da Arif Hacılının “yastığı altından” çıxanlardırlar

Əslində, dəfələrlə sübuta yetirilib ki, Avropaya bu kimi saxta adlar altında köçənlərin əksəriyyəti müxtəlif cinayət əməlləri törədən şəxslərdirlər ki, onlar köçdükləri ölkələrdə də bu fəaliyyətlərini davam etdirərək, bənzər cinayətlərini təkrarlayırlar. Məhz Hamburqda baş verən məlum hadisə də belə deməyə zəmin yaradır ki, hadisəni törədənlər ya Əli Kərimlinin, ya da Arif Hacılının “yastığı altından” çıxanlardırlar.

Bu arada, müxalifətyönlü hüquq müdafiəçisi İlqar Altay baş verənlərlə bağlı Facebook sosial şəbəkəsində ilginc statusla çıxış edib. Belə ki, “Almaniyadakı hadisədən müəmmalar yaranır”, deyə yazan İ.Altay əlavə edir ki, öz maşınında güllələnən 42 yaşlı Azərbaycan əsilli şəxsin təhqiqatında yenilik yoxdur və buna baxmayaraq bəzi nəticələr əldə olunub.

İlqar Altay: “Bu şəxs narkotik və insan alveri qrupunun üzvüdür və hansı yolla Almaniyada rezident statusu alıb”

Hüquq müdafiəçisi güllələnən azərbaycanlının adının və soyadının açıqlanmamasına rəğmən, bunun alman polisinə bəlli olduğu deyilir. “Bəzi kənar məlumatlara görə, bu şəxs narkotik və insan alveri qrupunun üzvüdür və hansı yolla Almaniyada rezident statusu alıb, bunu da araşdırırlar bu saat”, deyə qeyd edən İ.Altay eyham vurub ki, bu məsələnin altından “siyasi mühacir” məsələsinin çıxacağına kifayət qədər ehtimal etmək olar. Görünür, bu baxımdan o, “Hərgah ki, artıq qeyri-rəsmi məlumatlardan çox şey aydındır...”, deyə hüquq müdafiəçisi sətiraltı fikrini bildirir.

Əvvəlcə “siyasi məhbus” olurlar, sonra isə Avropada cinayətkar

Daha bir məsələ ondadır ki, bu gün Azərbaycanda müxtəlif cinayətlər törədən şəxslərin dərhal “siyasi məhbus” siyahılarına salınmaları kimi hallar daha ağır fəsadlara yol açır. Məhz belə şəxslər azadlığa çıxdıqdan dərhal sonra bu ad altında xarici ölkələrə köçür, sonradan cinayətkar əməllərin, hətta göründüyü kimi, qətl hadisələrinin bilavasitə iştirakçılarına çevrilirlər. Almaniyanın Hamburq şəhərindəki olayın da belə bir əsaslara söykənməsi artıq, bu fakta dəlalət edir.

Görünən isə budur ki, bu gün baş verən belə hadisələrin hər birinin günahı “siyasi mühacir” adı ilə alver edən AXCP, Müsavat və s. siyasəti bazara çevirən partiya rəhbərlərindədir. Bir gün onlar da baş verənlərə görə qanun qarşısında cavab verməli olacaqlar. Hətta Hamburq olayının üstü tam açıldıqdan sonra bu daha çox real görünməyə başlayacaq.

Qeyd: Baş verən hadisə ilə bağlı Almaniyanın Bild nəşrində informasiya verilib. Həmin informasiyanın linkini təqdim edirik:

https://www.bild.de/regional/hamburg/hamburg-aktuell/strasse-gesperrt-schiesserei-in-eilbek-58202034.bild.html?wtmc=fbm.shr&fbclid=IwAR3WkHyRbcNQ3JlA5n0votjFY7KDN-Y0lQ

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə