YAP icra katibinin müavini: "Azərbaycanda hərbi çağırışın əsasları dəyişiləcək" – AÇIQLAMA
Azərbaycanda hərbi çağırışın əsasları ilə bağlı qanun layihəsinə dəyişikliklərlə bağlı iş aparılır. SİA-nın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov jurnalistlərə verdiyi açıqlamsında deyib.
Hazırda qanun layihəsi ilə əlaqədar müzakirələrin aparıldığını deyən S.Novruzov söyləyib ki, Azərbaycan müharibə şəraitində olan ölkədir və burada elə hərbi çağırış əsasları qoyulmalıdır ki, o çağırışa uyğun olaraq, insanlar daima müharibənin başlamasına hazır vəziyyətdə olsunlar.
"Bunun da əsası səfərbərlikdir. Bundan əlavə xaricdə təhsil alanların, aspirantların hərbi xidmətə cəlb olunması məsələsi də bu hərbi çağırış əsaslarında öz həllini tapacaq. Burada müəyyən müddəalar var ki, Hərbi Doktrina qəbul olunandan sonra ayrı-ayrı qanunlarda onun uyğunlaşdırılması prosesi getməlidir və bunlar da mərhələli şəkildə təmin olunacaq", - deyə millət vəkili əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB