Siyavuş Novruzov: “Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsinə ehtiyac var”

Siyavuş Novruzov: “Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsinə ehtiyac var”
"Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsinə ehtiyac var". SİA-nın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin deputatı Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, artıq mövcud şərait belə qanunun qəbulunu zəruri edib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası 2001-ci ildən indiyədək bir neçə dəfə bu qanunu hazırlayaraq təqdim edib.

"Hesab edirəm ki, bu gün siyasi partiyalarla bağlı yeni qanunun hazırlanmasına ehtiyac var. Yeni qanun həm də günün tələblərinə cavab verən qanun olmalıdır. Artıq bu sahədə beynəlxalq təcrübə öyrənilib. Yeni qanunda siyasi partiyaların maliyyələşdirilməsi, qeydiyyatı və fəaliyyəti konkret öz əksini tapmalıdır",- deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə