Serjikin partiyası əl-ayağa düşüb

Serjikin partiyası əl-ayağa düşüb

Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır ki, Serj Sarkisyanın sədri olduğu Respublika partiyası dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində yer qazanmaq üçün digər siyasi partiyalarla danışıqlara gedir. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, Respublika partiyası “Konstitusiya hüququ ittifaqı” partiyasının rəhbəri, parlamentdə Respublika partiyasının fraksiyasına daxil olan Hayk Babuxunyanla və “Çiçəklənən Ermənistan” partiyasının sabiq üzvü, hazırda “İslahatçılar” partiyasına sədrlik edən Vaan Babayanla danışıqlar aparır.

“İstisna olunmur ki, danışıqlara Vaqram Mkrtçyanın sədri olduğu “Ermənistanın liberal-demokratik ittifaqı” da qoşulacaq”, erməni mətbuatı yazır.

Ermənistanın siyasi ekspertləri proqnoz verirlər ki, əgər Serj Sarkisyanın partiyası parlamentə seçilə bilməsə, bu onun üçün siyasi ölümə bərabər olan hadisə kimi qiymətləndirilə bilər.

Hətta iddialar var ki, Serj Sarkisyan məğlub olacağı halda, siyasi fəaliyyətini Qarabağda davam etdirmək niyyətindədir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə