TQDK-da işğal olunmuş rayonların təhsil şöbələrinin nümayəndələri və internat məktəblərinin direktorları ilə görüş keçirilib-Tədbir
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Füzuli, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Şuşa, Xocalı, Kəlbəcər və Xocavənd rayon təhsil şöbələrinin nümayəndələri və respublika internat məktəblərinin direktorları ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə adıçəkilən kateqoriyadan olan tədris müəssisələrinin məzunlarının ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında göstəriciləri barədə məlumat verib. O bildirib ki, qəbul imtahanlarında qaçqın məktəblərinin məzunlarının iştirakı ildən-ilə artır: "Son 10 il ərzindəki nəticələrə baxsaq, görərik ki, 2000-ci ildə onların sayı 34772 idisə, 2010-cu 7926 nəfər olub. Təbii ki, abutiriyentlərin sayı artırsa, qəbul olunanların da sayı artır. Yalnız Bakı Dövlət Universitetinə bu kateqoriyadan 1998-ci ildə 66 nəfər daxil olmuşdursa, bu il 184 nəfər qəbul olub. Bundan əlavə, cari il Azərbaycan Tibb Universitetinə 39, Azərbaycan Dövlət İqtisad Universitetinə 151, Azərbaycanda Dİllər Universitetinə isə 82 nəfər daxil olub".
Tədbirin davamında adı çəkilən kateqoriyadan olan tədris müəssisələrinin məzunlarının nailiyyətləri, problemləri barədə fikir mübadiləsi aparılıb. Ayrı-ayrı bölgələrdə yerləşən məcburi köçkün və internat məktəblərinin nümayəndələrinin iştirakını təmin etmək üçün tədbir TQDK-nın regional bölmələrində paralel olaraq keçirilib və TQDK-nın inzibati binası ilə canlı videobağlantı qurulub. Bununla da onlar TQDK rəhbərliyinə qəbul imtahanları barədə fikirlərini, rəy və təkliflərini bildirib, onlar üçün maraq doğuran məsələlərə dair suallar ünvanlayıblar.
Tədbirin sonunda TQDK tərəfindən 500 məcburi köçkün və internat məktəbinə ümumi dəyəri 50000 manat olan və komissiya tərəfindən nəşr olunan siniflər üzrə test kitabçaları və digər metodiki materiallar hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB