Hay Dat mərkəzi ofisinin və “Daşnaksyutun”un siyasi məsələlər üzrə rəhbəri Kiro Manoyan ABŞ-ın Ermənistana qarşı təzyiqlərinin davam edəcəyini bildirib. SİA xəbər verir ki, sözügedən mövzuda “aysor.am”a danışan erməni siyasətçi bunun İrəvanla Tehranın münasibətləri ilə bağlı olduğunu bildirib.
“Təzəyiqlər davam edir, belə ki, ABŞ bu cür qərar verib”, deyən Manoyana görə, bu qərarın nə qədər ədalətə söykənməsi başqa məsələdir: “Lakin Avropa İttifaqı ABŞ-ın yanaşması ilə razı deyil və bu, belə deməyə əsas verir ki, hər hansı səbəblərdən Vaşinqton tək qərar verir. Məsələ bizim üçün çox çətindir. Eyni anda ABŞ-ı razı salmaq və İranla əlaqələri qorumaq mümkün deyil”.
Maraqlıdır ki, “Daşnaksyutun” təmsilçisi bu dəfə də ağırlığı Amerikada fəaliyyət göstərən erməni lobbisinin üzərinə atmağa çalışıb. Onun “Bircə qalır ki, ABŞ-ın erməni diasporu bu ölkənin hakimiyyətinə Ermənistanın alternativinin olmadığını anlatsın” fikirləri də belə deməyə əsas verir.
Manoyan Ermənistanın İranla iqtisadi münasibətləri inkişaf etdirməyi, eyni zamanda ABŞ və Aİ ilə izahat işləri aparmağın lazımlığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB