ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Şimali Koreyanın Vahid Əmək Cəbhəsi Partiyasının şöbə müdiri Kim Yön Çxolla noyabrın 8-də Nyu-Yorkda keçirilməsi planlaşdırılmış görüşü müddəti bilinməyən vaxta qədər təxirə salınıb. SİA xəbər verir ki, bu barədə dövlət departamentinin mətbuat xidməti məlumat yayıb.
“Tədbirin vaxtının dəyişdirilməsi səbəbləri bildirilmir”, deyə qeyd edilən məlumatda həmçinin deyilir ki, həmin görüşdə Pompeo ilə yanaşı, ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqunun da iştirakı gözlənilirdi.
Qeyd edək ki, Pompeo ilə Kim Yön Çxol bu ilin may ayında Nyu-Yorkda görüşərək, iyun ayında baş tutmuş ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşlərinə hazırlıq istiqamətində müzakirə aparıblar. Məhz may ayında Kim Yön Çxol Vaşinqtona gedərək, Trampla görüşüb və Kimk Çen Inın məktubunu ona çatdırıb.
Hazırda Vaşinqtonla Pxenyan arasında sayca ikinci yüksək səviyyəli sammitin keçirilməsi ilə bağlı danışıqlar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB