Milli Məclisin ezamiyyə xərclərinin artırılması təklif edilir. SİA-nın xəbərinə görə, bunu deputat Fəzail Ağamalı parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
Deputat bildirib ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri çox azdır: “Bunun az olması ucbatından Milli Məclis beynəlxalq, regional, parlamnetlərarası fəaliyyətdə xeyli məhdudlaşdırmalara məcbur olur. Dəfələrlə biz bunun şahidi olmuşuq ki, maliyyə xərclərinin az olmasına görə bizim beynəlxalq təşkilatlarda ayrı-ayrı dövlətlərlə aparmış olduğumuz parlament münasibətlərində kifayət qədər problemlərimiz ortaya çıxır. Ona görə də çox xahiş edərdim ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri artırılsın”.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB