Məleykə Abbaszadə: "TQDK 2011-ci ilin yanvar ayının 23-də respublikanın 11 şəhərində sınaq imtahanı keçirəcək" - YENİLƏNİB
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci ilin yanvar ayının 23-də respublikanın 11 şəhərində sınaq imtahanı keçirəcək". SİA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə ilk dəfə açıq testlər tətbiq ediləcək: "Bu il nəzərdə tutmuşuq ki, riyaziyyat 5 sual açıq formada olacaq. Abituriyentlərin cavablarını təhlil etmək üçün Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində sınaq imtahanı təşkil ediləcək. Sınaq imtahanlarının nəticələrini araşdırıb onun əsasında ola bilsin ki, imtahanların çətinlik dərəcəsini ya artıraq, ya da azaldaq. Bu ilk sınaq imtahanıdır və yanvar ayında təşkil olunacaq bu imtahanlar sayəsində müəyyən edəcəyik ki, abituriyentlər hansı hazırlıq səviyyəsindədir".
M.Abbaszadə bildirib ki, imtahana yazılış isə gələn ilin yanvar ayının 6-dan başlayacaq. TQDK sədri vurğulayıb ki, sınaq imtahanlarının keçiriləcəyi bölgələrin və yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcək.
"Sınaq imtahanına abituriyentlər yalnız internet vasitəsilə və özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər. Bunun üçün isə abituriyentlər TQDK-nın "ödəmə kartı"nı əldə etməlidirlər. Bundan əlavə, yanvar ayının əvvəlindən ödəmə kartlarının elektron satışına da imkana yaradılacaq. "Visa/Visa Electron " və ya "Mastercard/Maestro" plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala biləcək. Qeyd edim ki, sınaq imtahnalrından bir həftə öncə virtual ınaq imtahanları da təşkil olunacaq", - deyə o əlavə edib.
Sonrakı sınaq imtahanlarına gəlincə, Məleykə Abbaszadə bildirib ki, həmin imtahaların müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB