ABŞ İranın Çəbahar limanını sanksiyadan çıxarsa da... TƏZYİQ DAVAM EDİR

ABŞ İranın Çəbahar limanını sanksiyadan çıxarsa da... TƏZYİQ DAVAM EDİR

ABŞ Əfqanıstan və Hindistan tərəfindən enerji resurslarının daşınması üçün istifadə edilən İranin Çəbahar limanını sanksiyadan çıxarıb. SİA xəbər verir ki, bu barədə RİA-ya ABŞ dövlət departamentinin nümayəndəsi deyib.

“Uzunmüddətli işləmələrdən sonra dövlət katibi İrana qarşı qəbul edilmiş və 2012-ci ildən qüvvədə olan Çəbahar limanını sanksiyalardan azad edilməsi ilə bağlı qərarın qəbul edilməsinə müsbət yanaşıb”, deyən amerikalı rəsmi həmin limanla yanaşı fəaliyyət göstərən dəmir yolunu da buraya əlavə edib. Belə ki, Əfqanıstan bu nəqliyyat yolundan istifadə etməklə yanaşı, sanksiyaya daxil olmayan məhsullarla yanaşı, İrana məxsus neft məhsullarını daşıyır.

“Prezidentin Cənubi Asiya strategiyası Əfqanıstan iqtisadiyyatının yüksəlişinə dəstək, həmçinin, Hindistanla partnyorluq istiqamətində qurulub”, deyən ABŞ dövlət departamentinin nümayəndəsi ölkəsinin bundan sonra da iki ölkə ilə münasibətlər quracağını bildirib və qeyd edib ki, məhz bu siyasət çərçivəsində bütün regionu destabilizə edən İrana qarşı maksimal təzyiq göstəriləcək”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə