David Tonoyan: “Qərar, dövlət rəhbərləri tərəfindən verilməlidir” KTMT PROBLEMİ
Ermənistanın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən David Tonoyan erməni tərəfindən KTMT-nin baş katibliyi postuna kimin mümkün namizədliyinin irəli sürüləcəyi ilə bağlı sualları cavabsız qoyub. SİA erməni mətbuatına istinadən xəbər verir ki, Tonoyan, hərbi alyansın rəhbərliyinə namizəd kimi Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutunyanın irəli sürülməsi mümkünlüyü barədə də dəqiq heç nə bildirməyib.
“Bir neçə gün gözləyin və hər şey aydınlaşacaq. Mən bir neçə dəfə demişəm ki, KTMT-yə sədrlik 2020-ci ilə qədər Ermənistana məxsusdur. Normativ tənzimləmələr var və qərar dövlət rəhbərləri tərəfindən verilməlidir”, David Tonoyan deyib.
“Arutunyan KTMT-nin baş katibliyi postuna təyin olunacaqmı?” sualına Tonoyan cavab verib: “Mən bilmirəm”.
Xatırladaq ki, ötən gün Rusiyanın aparıcı hərbi eksperti Pavel Elqenqauer öz bəyanatında KTMT-nin baş katibi postuna Ermənistandan olan namizədinin seçilməyəcəyini deyərək, bunu Ermənistan-Rusiya münasibətlərindəki soyuqluqla və rəsmi Yerevanın anti-Rusiya xarakterli siyasəti ilə əlaqələndirmişldi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB