Qənirə Paşayeva: “ Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altında olan ərazilərinə gedən şəxslər Azərbaycanda persona non grata elan olunsunlar”
"Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altında olan ərazilərinə gedən şəxslər Azərbaycanda persona non grata elan olunsunlar". Bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında çıxışı zamanı deyib. O bildirib ki, bu təkcə siyasətçilərə deyil, mədəniyyət xadimlərinə də aid olmalıdır.
Onün sözlərinə görə, Tomaş Pareba ilə bağlı Avropa Parlamentinin rəhbərliyinə göndəriləcək müraciətin eyni zamanda bütün avropalı parlamentarilərə göndərilməsi çox vacibdir. O söyləyib ki, eyni zamanda müraciət Polşa parlamentinin rəhbərliyinə və deputatlarına göndərilməlidir: "Bütün Avropada Azərbaycan diasporlarını yaşadıqları ölkələrdən Avropa Parlamentinə, həm də Avropa Birliyinə və onların nümayəndələrinə müraciətlər göndərməyə çağırıram. Müraciətlərdə Tomaş Parebanın bu əməlinin beynəlxalq hüquqa nə qədər zidd olması ilə yanaşı münaqişənin tənzimlənməsinə nə qədər mənfi təsir göstərməsi öz əksini tapmalıdır. Bu məsələdə həm ölkə daxilində, həm də xaricdə işləyən qeyri-hökümət təşkilatları çox fəal olmalıdır. Təəssüf ki, bu tendensiyaları digər ölkələrin də nümayəndələrində də görürük".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB