ABŞ prezidenti Donald Tramp konqres seçkilərinin ilkin nəticələrini "inanılmaz uğur" adlandırıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
Səsvermə ötən gün keçirilib. Seçkinin aralıq adlandırılmasının səbəbi onun indiki prezidentlik dövrünün yarısında keçirilməsidir.
Demokratik müxalifət konqresdə iki palatadan birini Respublikaçıların nəzarətindən almağa ümid edir.
Əgər bu baş versə, o zaman demokratlar Tramp administrasiyasının qanunvericilik təşəbbüslərinin əksəriyyətini blok edə və Ağ Evə təzyiq göstərə biləcəklər. Seçki müddətində iki il müddətinə Nümayəndələr Palatasının bütün tərkibi (435 millət vəkili), eləcə də 100 senatordan 35-i yenidən seçiləcək. Hansı ki, respublikaçılar tərəfindən daha əvvəl yalnız 8 yer tutulmuşdu.
Qeyd edək ki, Respublikaçılar Senatda 51 oturacağın əksəriyyətinə sahibdirlər və bir nəfərlik yeri itirdikdə belə çoxluq təşkil edirlər.
Senat üzərində nəzarət almaq üçün demokratlara ən azı 51 səs lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB