Ərazinin minalanması meşə yanğınının qarşısının alınmasında çətinliklər törədir
Məlum olduğu kimi bir neçə gündür ki, Tovuzun Ermənistanın Bert rayonu ilə həmsərhəd ərazilərində yerləşən meşə massivində yanğın baş verib. Dağlıq ərazi olduğu üçün bu günə kimi alovun qarşısını almaq mümkün olmayıb. İlkin məlumatlara görə, 35 ha meşə sahəsi tamamilə yanıb. Üstəlik ərazidə avtomobil yolunun olmaması texnikalardan istifadəni mümkünsüz edir.
Kənd sakinlərinin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, ərazi bədnam qonşularımızın mövqeləri ilə sərhəddə yerləşir və minalanıb. Vəziyyət düşmən tərəfdə isə getdikcə daha acınacaqlı hal alır. Alov geniş sahəni əhatə edib.
Bütün çətinliklərə baxmayaraq yanğının yayılmasının qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və 500-ə yaxın texnikanın əraziyə cəlb olunması gözlənilir. Sadə vətəndaşlar da alovun yayılmaması üçün səylərini birləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB