Bahar Muradova: "Siyasi partiyalar haqqında qanuna dəyişiklik edilməlidir" - TƏKLİF

Bahar Muradova: "Siyasi partiyalar haqqında qanuna dəyişiklik edilməlidir" - TƏKLİF

"Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməlidir. SİA-nın verdiyi xəbərə görə. bu barədə Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova Milli Məclisin bugünki iclasında çıxışı zamanı deyib.

Vitse-spiker bildirib ki, qanun zamanın tələblərinə cavab vermir. Onun sözlərinə görə, Azərbaycanda parlament seçkilərindən sonra yaranmış yeni reallıqları nəzərə alaraq layihəyə yenidən baxmaq vacibdir. "Bizim bunun üçün lazımi imkanlarımız var. Ötən dövr ərzində "Siyasi partiyalar haqqında" qanuna düzəlişlərin edilməsi barədə kifayət qədər təkliflər olub. Bu təkliflər əsasında yeni ciddi qanun layihəsi hazırlamaq olar", - deyə B.Muradova əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə