Ermənistanın Müdafiə Nazirliyi ilə heç bir əlaqə mövcud deyil RƏSMİ
Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərdə qeyd olunub ki, Düşənbədəki danışıqlara əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib: "Amma bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".
Qeyd edək ki, Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayan noyabrın 6-da bildirib ki, Azərbaycanla Ermənistanın Müdafiə nazirlikləri arasında əlaqə yaradılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB