Baş prokuror istefa verdi

Ukraynanın Baş prokuroru Yuri Lutsenko vəzifəsindən istefa verdiyini açıqlayıb. SİA Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, Ali Rada da çıxışı zamanı bunu söyləyib.

“Heç kimin hakimiyyətdən yapışmadığını sübut etmək üçün postumdan istefa verirəm. Xahiş edirəm ki, bu həftə məsələyə baxasınız”- deyə Lutsenko deyib.

Xatırladaq ki, o 2016-cı ilin mayından Baş prokuror olub

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə