Elçin Mirzəbəyli: “Azərbaycanın Qarabağı işğaldan azad edə biləcəyini tək Ermənistan yox, onu himayə edən dövlətlər də bilir” - MÖVQE
Azərbaycan öz torpaqlarını azad etmək üçün müharibəyə başlamalıdır. Bunu SİA-ya açıqlamasında BAXCP sədrinin müavini Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Sarkisyanın verdiyi bir çox bəyanatlar var. Bu faktın özü sübuta yetirir ki, erməni tərəfi Azərbaycanın müharibəyə başlayacağı təqdirdə Ermənistanın işğal etdiyi torpaqları azad edəcəyindən tamamilə əmindir. Sarkisyanın bəyanatlarında nəzərə çarpan şantaj elementləri məhz bundan qaynaqlanır. Ancaq bu gün Azərbaycanın hərbi yolla qısa zamanda Dağlıq Qarabağı işğaldan azad edə biləcəyini təkcə Ermənistan yox, eyni zamanda onu himayə edən dövlətlər də bilir. Bu baxımdan müharibə əleyhinə səslənən bəyanatların kökündə məhz bu amil dayanır. Ermənistan bütün bunların baş verməsini istəmirsə təbii ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. O zaman nə Sərkisyanın bəyənatlarına ehtiyac qalacaq, nə də Ermənistanın müharibə xofu altında uzun müddət yaşamasına".
E.Mirzəbəyli Azərbaycan öz torpaqlarını azad etmək üçün müharibəyə başlamalı olduğunu vurğulayıb: "Müharibəyə başlamaq üçün Azərbaycanın həm hərbi potensialı, həm də iqtisadi potensialı var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB