AXCP sədrinin siyasi maraqları puç olur
Kimsəyə sirr deyil ki, Facebook sosial şəbəkəsi üzərindən saxta profillər yaratmaq son illər radikal müxalifət düşərgəsində xüsusi dəb halına minib. Əbəs deyil ki, bu sahədə liderliyi məhz AXCP sədri Əli Kərimliyə məxsus qruplar, əsasən də Ə.Kərimlinin söyüş qrupları ələ alıblar. Bu, söz yox ki, bir qayda olaraq, siyasi ömrünü başa vurmuş və ucuz yollarla saxta populyarlıq qazanmağa çalışan məğlub diletantların mübarizə üsuludur. Məhz bu baxımdan, Azərbaycanda siyasi məqsədlər güdən saxta profil bazarı əsasən cəbhə sədrinin siyasi inhisarında saxlanılır. Maraqlısı da budur ki, həmin profillərin sayı necə deyərlər, yağışdan sonra çıxan göbələk kimi hər gün artır. Əlbəttə ki, burada maliyyələşmə məsələləri mövcuddur və bu məsələlərdə Kərimlinin “Milli Şura”dakı emissarları, daha dəqiq desək, xarici ölkələrə ayaq açanları əsas rol oynayırlar. Yəni maliyyələşmə məsələlərinin təminatında onların anti-Azərbaycan dairələrlə iş birlikləri dayanır.
Əli Kərimlinin şəxsən özünün 200 saxta profilinin olması üzə çıxıb
Maraqlı statistikaya nəzər salaq. Məsələn, 2016-cı ilin məlumatında Ə.Kərimlinin və ətrafının birlikdə 110-a yaxın saxta Facebook səhifəsinin olduğu üzə çıxmışdı. Son araşdırmalar isə yalnız Əli Kərimlinin şəxsən özünün 200 (???!!!-R.N.) saxta profilə malik olduğunu göstərir. Hətta onun AXCP rəhbərliyində təmsil olinan hər bir kəsə öz adından gerçək olmayan çoxsaylı profil səhifəsi açmaları barədə tapşırığının da olduğu kimsəyə sirr deyil. Məqsəd isə bəllidir - “evdən mübarizə” prinsipinə üstünlük verməklə siyasi gündəmdə qalmaq...
Reallıq, Əli Kərimlinin saxta profillərini öz yaxın ətrafından başqa heç kimin izləmədiyini göstərir
Onu da qeyd edək ki, məhz 2013-cü ilin prezident seçkilərindən sonra dağıdıcı müxalifət düşərgəsində ciddi siyasi uğursuzluqla üzləşən Ə.Kərimli partiya daxilində artan narazılıqların qarşısını ala bilmədi. Əbəsa deyil ki, artıq 2015-ci ildə AXCP daha bir qanada – alternativ AXCP-yə parçalandı. Xatırladaq ki, uzun illər onun müavini olmuş Razi Nurullayev həmin il öz tərəfinə çəkdiyi qrup tərəfindən Ə.Kərimliyə etimadsızlıq bəyanatı verdi və bu məsələdə ciddi zərbəyə məruz qalan Kərimli son anda social şəbəkə vasitəsilə, yəni trollar qrupu ilə gündəmdə qalmağa cəhdlər göstərdi. Beləliklə, Ə.Kərimli hazırkı vaxtda da gerçək olmayan profillər yaratmaqla təbliğat qurmaq, bu şəbəkələr üzərindən videomüraciətlər, qurama müsahibələr yaymaqla siyasi fəaliyyətini davam etdirdiyinə dair rəy formalaşdırmağa çalışır. Ancaq həmin videomüraciətlərin, müsahibələrin baxılma, bəyənmə və paylaşım sayına diqqət yetirsək, onların mitinqə gedən bir neçə yüz, uzağı 1000 nəfər tərəfdarlarının sayı qədər olduğunu görmək olar. Bu reallıq isə Ə.Kərimlinin saxta profillərini öz yaxın ətrafından başqa heç kimin izləmədiyini göstərir.
Əli Kərimli çətinliyə düşən kimi, xalqı günahlandırır və təhqir edir
Belə ki, Ə.Kərimlinin Facebook fəaliyyəti əslində ictimai rəyə əhəmiyyətli təsir imkanına malik deyil. Bu çıxışlar, hay-küylü bəyanatlar daha çox suları bulandırmağa və sosial şəbəkə üzvlərinin diqqətini özünə yönəltməyə hesablanıb. Diqqət yetirsək, görərik ki, həqiqəti anlayan insanlar Ə.Kərimlini ifşa etmək üçün bəzən ona “Siz doğrudan da müxalifətsinizsə, nə vaxta qədər mitinq keçirmədən Facebook vasitəsilə mübarizə aparacaqsınız?” sualını ünvanlayırlar. Bu yerdə əsl gerçəkliyin üzə çıxdığını görən AXCP sədri dərhal bu kimi suallardan, daha dəqiq desək, cavab verməkdən yayınmağa cəhd edir, mitinqlərin baş tutmamasına görə, məsuliyyəti xalqın üzərinə atır. Hətta xalqı təhqir etməkdən belə çəkinmir. Bu fakt isə onun həqiqətən də xalqdan təcrid olunması gerçəkliyinin bariz sübutu olaraq qiymətləndirilə bilər. Amma yaxşı olardı ki, Ə.Kərimli xalqın nə üçün onun arxasınca getmək istəmədiyinə dair suala aydınlıq gətirsin. İndiki şəraitdə trolluq onun işinə daha çox yarayır. Bununla həm gündəmdə qalmasını, həm də cəmiyyətdə özünün “müxalifətçi lider” obrazı yaratmasını təmin edir. Lakin cəbhəçi sədrin qara, heç bir məntiqə sığmayan, iyrənc siyasi texnologiyalarla fəaliyyət göstərməklə uzağa getməyin mümkün olmadığı artıq öz təsdiqini tapmağa başlayıb. Artıq onun trolları da Kərimlidən üz döndərməyə başlayıb və bu reallıq bilavasitə onun maraqlarının üzərindən çalın-çarpaz xətlər çəkir. Əlbəttə ki, birdəfəlik...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB