Əli Hüseynov: “Gələn il 6 Şərqi Avropa ölkəsindən ibarət 60 nəfərlik "Şərq Tərəfdaşlığı proqramı"na daxil olan ölkələrin Parlament Assambleyası yaradılacaq” - AÇIQLAMA
"Gələn il 6 Şərqi Avropa ölkəsindən ibarət 60 nəfərlik "Şərq Tərəfdaşlığı proqramı"na daxil olan ölkələrin Parlament Assambleyası yaradılacaq". SİA-nın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasət komitəsinin sədri Əli Hüseynov bügünki iclasda çıxışı zamanı məlumat verib.
O bildirib ki, gələn ilin əvvəlində qrupun Brüsseldə geniş tədbiri keçiriləcək. Onun sözlərinə görə məhz həmin tədbirdə Avropa Parlamentinin nümayəndəsi Tomaş Parabenin Dağlıq Qarabağa səfəri məsələsi qaldırılacaq.
"Avropa Parlamentinin Dağlıq Qarabağ məsələsi ilə əlaqədar qəbul etdiyi qətnaməsində Azərbaycanın ərazi bütövlüyü qorunur. Ümumiyyətlə Avropa Birliyinin bütün nümayəndələri dünyanın istənilən nöqtəsində təmsil etdikləri qurumun qəbul etdiyi qətnamələrin prinsiplərinə riayət etməlidir. Təəssüf ki qurumun cənubi qafqaz üzrə məruzəçisi T.Parabe Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə ziddi olaraq Dağlıq Qarabağa səfər edib. Buna görə də biz qrupumuzun yanvardakı toplantısında bu məsələyə toxunacağıq və onun mənsub olduğu Polşa dövlətinə öz müraciətimizi ünvanlayacağıq",- deyə o qeyd edib.
Qeyd edək ki, iclas davam edir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB