Azərbaycan bayrağının rəngləri Yeni Kalendoliyada? BƏNZƏRLİK + FOTOLAR

Azərbaycan bayrağının rəngləri Yeni Kalendoliyada? BƏNZƏRLİK + FOTOLAR

Noyabrın 4-də Fransanın tərkib hissəsi olan Yeni Kalendoniya əyalətinin müstəqilliyi üzrə keçirilən və səs çoxluğu qazana bilməyən referendumun nəticələri zamanı maraqlı fakt ortaya çıxıb. SİA Fransa mətbuatına istinadən xəbər verir ki, Fransa əyalətinin bayrağında Azərbaycan üçkolorunun rəngləri - göy, qırmızı və yaşıl öz əksini tapıb.

İlginc olan da budur ki, sözügedən bayraqda rənglərin sıralanması da eynilik təşkil edir. Bir fərq isə ondadır ki, Yeni Kalendoniya əyalətinin bayrağında aypara və ulduz yoxdur. Həmin yerə əyalətin özəl simvolikası - gerbi çəkilib.

Xatırladaq ki, Yeni Kalendoniya 1853-cü ildən Fransanın tərkib hissəsidir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə