Səməd Seyidov: Avropa Parlamentinin nümayəndəsi Dağlıq Qarabağa səfər etməklə Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə pozub - MÖVQE
"Avropa Birliyi və Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Çox təəssüflər olsun ki, Avropa Parlamentinin nümayəndəsi təmsil etdiyi qurumun qətnaməsinə çox hörmətsiz yanaşır". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Milli Məclisdəki çıxışı zamanı deyib.
O bildirib ki, Avropa Parlamentinin nümayəndəsi olan Tomaş Parabe Dağlıq Qarabağa səfər etməklə Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə pozub. Onun sözlərinə görə, T.Parabenin bu hərəkəti nəinki Azərbaycanın maraqalarını, hətta Avropa Birliyinin öz siyasətinə ziddir.
"Biz buna dərhal reaksiya verməliyik. Müvafiq məktublar göndərməliyik. Çünki bu hadisədən sonra Tomaş Parabe gələcəkdə regionda obyektiv fəaliyyət göstərə bilməz. O bütün beynəlxalq prinsipləri pozub. Biz bunu Avropa Birliyinin özündən də tələb etməliyik. Bu məqsədlə də komitəmiz tərəfindən Avropa parlamentinə etiraz məktubları göndərəcəyik", - deyə millət vəkili bildirib. Qeyd edək ki, Milli Məclisin iclası davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB