"Etiraf etmək lazımdır ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-ci ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Lakin bu, 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq". SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə zərfinin müzakirələri zamanı deyib.
O bildirib ki, digər məsələ təhsil kreditləri ilə bağlıdır: "Bu yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Təhsil krediti alanların həmin krediti qaytarması böyük bir sualdır. Çünki, bizim bank təşkilatlarımız bu riski öz üzərilərinə götürmək istəmirlər. Əgər buna dövlət müdaxilə etsə, o zaman etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub. Kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB