Pavel Felqenqauer: “Ermənistanda baş verən hadisələri nəzərə alaraq, Moskva istənilən ssenarilərlə hazırdır”
Rusiyanın hərbi eksperti Pavel Felqenqauer KTMT şurasının noyabrın 8-də Astanada baş katib postuna namizədlə bağlı keçiriləcək iclası ərəfəsində bəyan edib ki, həmin iclasda Ermənistan nümayəndəsinin yenidən bu hərbi alyansa baş katib seçilməsi inandırıcı görünmür. SİA-nın məlumatına görə, Ermənistanın “168 jam” nəşri həmin bəyanatı işıqlandırıb.
“Ermənistan rəhbərliyinin bu qərarı KTMT-yə, erməni-rus münasibətlərinə zərbə vurdu”
“Xaçaturovla bağlı baş verənlər təşkilatın nüfuzuna ciddi zərbə oldu”, deyən Felqenqauer həmçinin bildirib ki, Xaçaturovun cinayət işi üzrə təqib olunması yeni xəbər olmayacaq və bu, Moskvada, eləcə də KTM-nin digər üzv ölkələrində ciddi narahatlıq doğurub. “Çünki regionun təhlükəsizliyinə cavab verən bir təşkilatın birinci şəxsinə qarşı ilkin hazırlıq olmadan cinayət işinin açılması baş verib”, rusiyalı hərbi ekspert deyib.
“Lakin Ermənistan rəhbərliyinin bu qərarı KTMT-yə, erməni-rus münasibətlərinə də zərbə vurdu, eyni zamanda opponentlərə şərait yaratdı ki, şəxsi planlarını irəli sürsünlər”, Felqenqauer bildirib.
“Bütün bunlar Rusiyanı narahat edə bilər”
Ekspertin sözlərinə görə, Ermənistanda baş verən daxili siyasi hadisələr fonunda bəzi qüvvələr ən kəskin anti-Rusiya bəyanatları ilə çıxışlar edirlər: “Bütün bunlar Ermənistanın təhlükəsizlik qarantı olan, bu ölkəni silahla təchiz edən Rusiyanı narahat edə bilər. Lakin Rusiya hazırkı məqamda necə bir parlamentin formalaşmasını, parlamentə hansı güclərin gedəcəyini, Ermənistan hakimiyyətinin yaxın gələcəkdə necə siyasət yürüdəcəyini sakit şəkildə izləyir”.
“Ermənistanda baş verən hadisələri nəzərə alaraq, Moskva istənilən ssenarilərlə hazırdır”
Rusiyalı hərbi ekspert əslində belə bir həcmdə əməkdaşlığın Ermənistan respublikasına lazım olduğunu deyərək, onu da bildirib ki, bütün bunlara baxmayaraq, Rusiyanın Cənubi Qafqazda ciddi siyasi xətti var və baş verə biləcək mümkün hadisələri diqqətlə izləməkdədir: “Düşünürəm ki, Ermənistanda baş verən hadisələri nəzərə alaraq, Moskva istənilən ssenarilərlə hazırdır”.
Felqenqauer sonda daha bir maraqlı nəticəyə gələrək bildirib ki, əslində, Ermənistanda təhlükəsizlik və təhdidlər reallığı olsa belə, NATO üçün bu region maraqlı deyil.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB