Elman Nəsirli: ““Erməni soyqırımı”nın ABŞ Konqresində müzakirəyə çıxarılması şam sönməmişdən qabaq güclü yanmasına bənzəyir” - AÇIQLAMA
Uydurma "erməni soyqırımı" haqqında qətnamə layihəsinin ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılması təşəbbüsü ABŞ-ın Türkiyə-İsrail əlaqələrinin müsbət məcrada inkişafını özündə ehtiva edən təzyiq vasitəsi kimi nəzərdə tutulmayıb. Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli bildirib. Onun sözlərinə görə, İsraildə baş verən meşə yanğınları və bu prosesdə Türkiyənin iştirakı eyni zamanda hər iki ölkənin diplomatlarının danışıqlar aparması barəsində yayılan məlumatlar bunu deməyə əsas verir: "Belə olan təqdirdə mən hesab edirəm ki, ABŞ Türkiyə-İsrail münasibətlərinin normallaşmasında maraqlıdır. Çünki iki ölkə arasında olan münasibətlər öz məcrasında düzəlməyə doğru gedir".
Politoloqun fikrincə indiki halda uydurma "erməni soyqırımı" haqqında qətnamə layihəsinin ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılması təşəbbüsünü Demokratlar partiyasının, xüsusilə də partiyanın Konqresdə spiker postunda əyləşən Nensi Pelosinin adı ilə bağlamaq lazımdır. Eyni zamanda sayı artmaqda davam edən ermənipərəst konqresmenlər. Əsas məqsəd isə Konqresə seçkilər keçirilən zaman ermənilərə söz verib və sözünə əməl etməyən konqresmenlərin özünə bəraət qazandırmasıdır: "2011-ci ilin yanvar ayından Konqresin yeni tərkibi işə başlayacaq. Yeni tərkibdə üstünlük respublikaçıların əlindədir. Demokratlar isə başda prezident Barak Obama olmaqla elə spiker Nensi Pelosi və digərləri ermənilər qarşısında yazılı öhdəliklər götürüblər ki, onlar bu qondarma soyqırımı tanıyacaqlar. Belə olan təqdirdə bu baş vermədi. Bütün bu hadisələrin fonunda son yadda qalan addımlar atmaq istəyirlər. Onlar qabaqcadan fərqindədirlər ki, atılan bu addımlar heç bir nəticə verməyəcək. Sadəcə olaraq postdan gedərkən də Nensi Pelosi ermənilərin yaddaşında götürdükləri öhdəkilər baxımından elə qalmaq istəyir ki, guya o postdan gedərkəndə son anda bu qondarma soyqırımının tanınması ilə bağlı Nümayəndələr Palatasında addımlar atdı. Mən hesab edirəm ki, hakimiyyəti təhvil verən qüvvələr belə bir jestlə, nəsə etmək niyyətindirlər".
Respublikaçıların demokratlarla müqayisədə Türkiyə ilə münasibətlərə daha ciddi fikir verəcəklərini deyən E.Nəsirli bildirib ki, respublikaçılar artıq anlayırki regional dövlət olan Türkiyə ilə münasibətləri gərginləşdirmək heç də ABŞ-ın Şərqdə yeritdiyi siyasətinə müsbət təsir göstərməyəcək. Eyni zamanda bütün bu kontekstdə Tükiyə-Ermənistan sərhədlərini açılması məsələsidə uydurma layihə kimi gündəmə gəlsədə reallaşmayacaq: "Mənə elə gəlir ki, respublikaçılar Türkiyə ilə daha ehtiyatlı və rəsmi Ankaranın maraqlarını nəzərə alacaqlar. Eyni zamanda Tükiyə-Ermənistan sərhədlərinin açılamsı layihəsinin müəllifi Birləşmiş Ştatların prezidenti və eyni zamanda Konqresdə böyük əksəriyyətini təşkil edən demokratların nümayəndəsi idi. Nəzərə alsaq ki, hakimiyyətə yiyələnmiş respublikaçılar isə əslində yeni heç bir təhlükə törətməyiblər. Əksinə demokratların addımlarını tənqid etmək hesabına hakimiyyətə gəliblər. Bu konteksdə istisna deyil ki, respublikaçılar demokratlardan fərqli olaraq Türkiyə-Ermənistan sərhədlərinin açılmasında fərqli mövqedə dayansınlar. Bu məsələdə heç bir halda Türkiyə ilə münasibətləri gərginləşdirmək istəməzlər, Türkiyəyə ciddi təzyiqlər olunmaz. Bu bir qədər könüllü şəkildə, maraqlar üst-üstə düşən formada həyata keçirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB