ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi (DTN) və Federal Təhlükəsizlik Bürosu (FTB) hakimiyyətə xəbərdarlıq edib. SİA ABC-ə istinadən xəbər verir ki, xəbərdarlığa görə, aralıq seçkiləri vaxtı ekstremistlər terror törədə bilərlər.
Adıçəkilən güc strukturlarının mənbəsinə söykənən xəbərdə bildirilir ki, ölkənin hər hansı bir siyasi-ictimai şəxslərinə qarşı sui-qəsdlərin həyata keçiriləcəyi ilə bağlı konkret bilgilər olmasa da, DTN və FTB yerlərdəki hakimiyyət nümayəndələrinə aıyq-sayıqlığı itirməməyə çağırıb.
Qeyd edək ki, hazırkı seçki kampaniyasının final mərhələsində ABŞ-da bir sıra seriyalı cinayətlər baş verib. Belə ki, seçkilərə iki həftə qalmış Mayami sakini Sizar Seyak həbs olunub. Onun 10-dan çox kustar üsulla hazırlanmış partlayıcı qurğuları ABŞ-ın eks-prezidenti Barak Obamaya, keçmiş dövlət katibi Hillari Klintona, maliyyəçi biznesmen Corc Sorosa, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) eks-direktoru Con Brennana, eləcə də Donaıld Trampa qarşı tənqidi fikirləri ilə çıxış edən digər bir neçə ictimai-siyasi xadimlərə bağlamalar göndərib.
Səsvermələrə 10 gün qalmış isə, Pistsburqda 46 yaşlı Robert Bouers yəhuudi sinaqoqunda 11 nəfəri güllələyib.
Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkiləri 6 noyabrdan başlayır və bu seçkilərdə 100 senatordan 25-i, Konqresin nümayəndələr palatasının 435 üzvü, ştatların 39 qubernatoru və əraziləri, eləcə də ştatların 6073 üzvü olan qanunverici məclisləri, hakimlər və məktəblərin şura üzvləri seçilir.
Güc və təhlükəsizlik strukturları terror ehtimallarının 2019-cu ilin əvvəllərinə qədər baş verəcəyini ehtimal edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB