Türkiyə Soçidə Suriyanın İdlib vilayəti ilə bağlı imzalanmış memoranduma verdiyi dəstəyinə görə Rusiyanın prezidenti Vladimir Putinə minnətdardır. SİA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tokionun Milli mətbuat klubunda keçirilən mətbuat konfransında TASS agentliyinin müxbirinin suallarını cavablandırarkən deyib. Belə ki, Rusiyanın sözügedən memoranduma dəstəyi nəticəsində Suriyada növbəti humanitar fəlakətin qarşısı alınıb.
“Rusiya bizim üçün mühüm partnyordur və bizim ikitərəfli münasibətlərimiz son bir neçə ildə daha da dərinləşib. Biz, bütün mümkün olanları etməyə çalışırıq ki, müxtəlif sahələrdəki əməkdaşlıqlarımızı inkişaf etdirək. Mən, Rusiyanın prezidentinə çox minnətdaram ki, İdlib üzrə memoranduma dəstək göstərib. Bu, çox yəqin ki, Suriyada siyasi həll yolunda əldə edilən sonuncu mümkün vasitə idi ki, biz növbəti humanitar fəlakətin qarşısını ala bildik”, Çavuşoğlu deyib.
Türkiyənin XİN rəhbəri ölkəsinin prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putinin bu həftə Parisdə keçirəcəkləri görüş barədə də danışıb və qeyd edib ki, tərəflər Suriya ilə yanaşı, digər bir sıra regional məsələləri müzakirə edə biləcəklər.
“Bir sıra ikitərəfli məsələlər mövcuddur ki, bizim liderlər görüşləri ərəfəsində onları müzakirə edəcəklər. Suriya hər zaman gündəmdədir”, Tokioda rəsmi səfərdə olan türkiyəli XİN rəhbəri bildirib.
Qeyd edək ki, sentyabrın 17-də Soçidə imzalanmış Rusiya və Türkiyə memorandumuna əsasən və iki ölkə prezidentlərinin danışıqlarının nəticəsi olaraq, İdlibdə dərinliyi 15-20 km olan demilitarizasiya ərazisi oktyabrın 15-ə qədər yaradılmalıydı. Lakin Türkiyə öz tərəfindən təhlükəsizlik şərtlərinə tam zəmanət verə bilməyə hazır olmadığı üçün İdlibdə birgə patrul xidməti aparmağa başlamaq istiqamətində əlavə vaxt istəyib. Rusiya tərəfi isə Türkiyənin bu təklifini qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB