Bakı-London və Bakı-Paris marşrutları üzrə aviareyslər artıq bərpa olunub
Qeyri-sabit hava şəraiti nəticəsində Bakıdan Avropa şəhərlərinə təxirə salınmış aviareyslər bərpa olunub. Bunu SİA-ya açıqlamasında Azərbaycan Hava Yollarının (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib. Onun sözlərinə görə, ötən günlər ərzində təxirə salınan Bakı-London və Bakı-Paris marşrutları üzrə aviareyslər artıq bərpa olunub: "Eyni zamanda hazırda həm London, həm də Parisin hava limanları fəaliyyətlərini bərpa edib və sözügedən aviareyslər artıq yerinə yetirilir. Bu gün artıq 11:40 bir təyyarə Londona yola düşəcək. Təxirə salınmış aviareyslərin sərnişinlərinə gəlincə isə onlar hava əlaqəsi açılandan sonra yola düşən ilk aviareyslərin sərnişinlərinə qoşularaq lazımi istiqamətə yola düşüb".
Qeyd edək ki, ötən həftə Bakıdan Londona uçan sərnişin təyyarəsi Almaniyanın Köln şəhərində enməyə məcbur olub. Belə ki, Londonun Hitrou aeroportu qarla əlaqədar fəaliyyətini dayandırıb. Eyni hadisə səbəbindən dünən Bakıdan Parisə uçan təyyarə də Kölndə enib.
Hazırda Bakı-London aviareysləri hər həftənin II, IV və VI günləri "Azərbaycan Hava Yolları" QSC (AZAL) və həftənin hər günü BMI şirkəti tərəfindən yerinə yetirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB