“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri cənub Qafqazda ciddi proseslərin getdiyi zamana düşdü. Həmsədrlərin Qarabağ məsələsinin həlli baxımından yenilik edəcəkləri mümkün görünmür. Problemin həlli ilə bağlı illərlə formalaşmış və oturuşmuş format mövcuddur”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Ermənistan və Gürcüstanda keçirilən parlament və prezident seçkiləri başa çatdıqdan sonra yeni siyasi qüvvələrlə münasibət qurmaq ehtiyacı yaranacaq: “Böyük ehtimalla Nikol Paşinyan bu seçkilərdən qalib olaraq çıxacaq. Ondan sonra problemin həlli ilə bağlı təkliflər yenidən masaya yatırılacaq. ATƏT-in Minsk Qrupunun hazırda əsas məqsədləri təmas xəttində sabitliyin saxlanmasını təmin etməkdir ki, bu ilin sonunda həmsədr ölkələrin xarici işlər nazirlərinin problemin həlli ilə bağlı danışıqlar daha rahat məcrada keçirilsin.
Həmçinin həmsədrlər XİN rəhbərlərini Milan görüşünə hazırlamaq missiyasını yerinə yetirirlər. Lakin Rusiya xarici işlər naziri bu dəfə də” təkərə ağac soxmaq” adətindən qalmadı. Həmsədrlərin səfər zamanı çalışmalarını müsbət qiymətləndirməklə yanaşı bölgədə gərginlik bitməyənə qədər problemin həllinin mümkün olmayacağını bildirdi. Bu gərginliyi də hansı qüvvələrin yaratdığı isə heç kimə sirr deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB