Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, iclasın gündəliyinə 19 məsələ daxil edilib. İclasda Azərbaycan Respublikası Ali Məhkəməsi Hakiminin təyin edilməsi, Türkdilli Ölkələrin Dövlət Başçılarının 10-cu zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq Haqqında müqavilənin təsdiq edilməsi, Azərbaycan Respublikası Gürcüstan, Rumıniya prezidentlərinin, Macarıstan baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsi, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dövlət Sərhədi Haqqında müqavilənin təsdiq edilməsi məsələsi müzakirə olunacaq.
İclasda həmçinin bir sıra qanunlara əlavə və dəyişiklik ediləcək. Bura Cinayət Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, İnsan Hüquqları üzrə Müvəkkil haqqında Konstitusiya Qanununa və digər qanunlara ediləcək əlavə və dəyişikliklər daxildir.
Bundan əlavə plenar iclasda Normativ Hüquqlar haqqında qanun layihəsi də ikinci səsverməyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB