ABŞ prezidenti Donald Tramp Yəməndə Amerika silahlarından səmərəsiz istifadə etdiyi üçün Səudiyyə Ərəbistanını günahlandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti avqust ayında Yəməndə uşaqları daşıyan avtobusun Ərəb koalisiyasının hava hücumna məruz qalmasını dəhşətli hadisə adlandırıb.
"Yəməndə uşaqlara edilən hücum dəhşətli hadisə idi. Bu məni narahat edirmi? Bu sual hisslərimi göstərmək üçün kifayət qədər güclü deyil. Bu insanlar silahdan necə istifadə etməyi bacarmırlar",- deyə Tramp bildirib.
Tramp ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışını dayandıra bilərmi sualına belə cavab verib: "Biz Yəmənda baş verənləri diqqətdə saxlayırıq. Yəmən hazırda ən dəhşətli yerdir... Mən Səudiyyə Ərəbistanı ilə danışıqlar aparacam. Mən istəməzdim ki, silahlardan ondan istifadə etməyi bacaramayanlar istifadə etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB